Mübariz Əliyev küçəsinində kanalizasiya xətti təmizlənmişdir
26 yanvar 2024 | 17:24
Mübariz Əliyev küçəsinində kanalizasiya xətti təmizlənmişdir
Yevlax Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır. Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən keçirilən qəbullarda sakinlərin səsləndirdikləri müraciətlər nəzarətə götürülür, həlli istiqamətində müvafiq tədbirlər görülür.
ŞİH-nin inzibati binasında keçirilən növbəti fərdi vətəndaş qəbulunda şəhərin Mübariz Əliyev küçəsinin sakinləri yaşadıqları küçədəki yağış və məişət sularının axıdılması üçün açıq kanalizasiya xəttinin təmizlənməsi üçün müraciət etmişlər. Şəhər rəhbərinin göstərişi ilə Mənzil Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfat Müəssisəsi tərəfindən əraziyə texnika cəlb edilərək küçənin kanalizasiya xətti təmizlənmişdir.
Müraciətlərinə həssaslıqla yanaşılan sakinlər görülən işləri məmnunluqla qarşılamışlar.