Şriftin ölçüsü :

Saytın rəngi :

Meyvəli qəsəbəsində sakinlərin müraciətləri dinlənilmişdir

25 fevral 2025 | 18:36
Meyvəli qəsəbəsində sakinlərin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən növbəti səyyar vətəndaş qəbulu rayonun Meyvəli qəsəbəsində keçirilmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidməti təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etmişlər.
Qəbul zamanı Şəhər rəhbəri tərəfindən sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, səsləndirilən müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Qəbulun gedişində Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalı barədə ətraflı məlumat verilmişdir.
Keçidlər