Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir
02 dekabr 2025 | 15:28
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Komitənin sədri Xaliq Əliyev, Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Komitənin üzvləri iştirak etmişlər.
İclasda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılmış, işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılmışdır.
İclasın gedişində mövzu barədə fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.
Qeyd edək ki, Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitə tərəfindən qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi planlaşdırılır.






