Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbində həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir
06 sentyabr 2026 | 10:54
Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbində həyata keçirilən təmir işləri yekunlaşmaq üzrədir
Yeni tədris ili ərəfəsində Yevlax rayonunun Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbi cari təmir olunur. Təmir işləri çərçivəsində məktəbin dam örtüyü, icma əsaslı məktəbəqədər hazırlıq qrup otağının qapı, pəncərələri dəyişdirilib, yeni sanitar qovşaq tikilib.
Görülən işlər yeni tədris ilində məktəbin müəllim və şagird kollektivi üçün daha rahat və əlverişli mühit yaratmaqla yanaşı, şagirdlərin keyfiyyətli təhsil almalarına və tədris prosesinin daha səmərəli təşkilinə öz töhfəsini verəcək.
Qeyd edək ki, 22 sinif komplektindən ibarət 410 nəfər şagirdin təhsil aldığı Yevlax rayonu Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbi 1960-cı ildə inşa edilib. Hazırda davam edən təmir işlərinin yeni tədris ili başlayanadək tam yekunlaşacağı planlaşdırılır.






