Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirildi
Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirildi
Tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini İlqar Hüseynov, İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, ŞİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri,bələdiyyələr və din xadimləri iştirak etmişlər.
Tədbirdə çıxış edən İlqar Hüseynov bildirdi ki, Məhərrəmlik mərasimləri mövcud qanunvericiliyə əsasən məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
Tədbirdə digər çıxış edənlər öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dininin xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynadığını, mütərəqqi islami dəyərlərin və ənənələrin Azərbaycanda həmişə uca tutulduğunu qeyd etmişlər. Həmçinin bildirildi ki, Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.
Tədbirdə məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırıldı.