Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 10-da Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

10 may 2024 | 12:02
Mayın 10-da Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub
Əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ziyalılar və rayon ictimaiyyəti Ulu Öndərin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edərək abidəsinin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Yevlax Şəhərinin Heydər Əliyev prospektində baş tutan aksiyada müxtəlif növ dekorativ ağac və gül kolları əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib, ərazidə təmizlik işləri aparılıb.
Şəhər rəhbəri tərəfindən müvafiq qurumlara əkilən ağaclara qulluq göstərilməsi və rayon ərazisindəki yaşıllıqların qorunması istiqamətində tapşırıqlar verilib.
Keçidlər