Marzılı kəndində səyyar qəbul keçirildi
Marzılı kəndində səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Marzılı kənd sakinləri ilə keçirdi. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Şəhər Rəhbəri son illərdə Respublikamızın o cümlədən Yevlaxın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən əməli tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
İcra Hakimiyyətinin Başçısı sakinləri dinləyərək onların qaldırdıqları məsələlərin həll istiqamətində əməli işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Qəbuldan razı qalan sakinlər ona göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.