Marzılı kənd sakinlərinin müraciəti müsbət həll olundu
15 aprel 2026 | 16:36
Marzılı kənd sakinlərinin müraciəti müsbət həll olundu
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin rayonun Marzılı kəndində keçirilən səyyar qəbulu zamanı sakinlər kənddaxili yolun texnika vasitəsilə hamarlanaraq təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi əsasında Havarlı bələdiyyəsi tərəfindən Marzılı kəndinin daxili yolları qreyder vasitəsilə hamarlanmış, bəzi hissələrə qrabil tökülərək təmir işləri aparılmış, sakinlərin müraciətləri müsbət həllini tapmışdır.






