Şriftin ölçüsü :

Saytın rəngi :

Malbinəsi kəndində sakinlərin müraciətləri dinlənildi

15 aprel 2024 | 13:39
Malbinəsi kəndində sakinlərin müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Malbinəsi kəndində keçirmişdir. Qəbulda ŞİHB-ı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir. Qəbulda sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir.
Qəbul zamanı sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalı barədə məlumat verilmişdir.
Qəbulda qaldırılan məsələlərlə bağlı Şəhər rəhbəri tərəfindən aidiyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər ölkəmizin daha da qüdrətlənməsi, xalqımızın rifahı və tərəqqisi naminə atılan addımlara , şəhid ailələrinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər