Malbinəsi kənd sakinləri ilə səyyar qəbul keçirildi
07 aprel 2025 | 19:16
Malbinəsi kənd sakinləri ilə səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Malbinəsi kəndində keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir. Qəbulda sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, qaldırılan məsələlərlə bağlı Şəhər rəhbəri tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.