Küçələrin asfaltlanması işləri davam etdirilir.
06 dekabr 2025 | 15:25
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində asfaltlanma işləri davam etdirilir.
Görülən işlər çərçivəsində uzunluğu 370, eni 9,5 metr olan Salatın Əsgərova küçəsinə giriş-çıxış yolları da daxil olmaqla 3800 kv metr yeni asfalt örtüyü salınmışdır.
Qeyd edək ki, şəhərin küçələrinin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.






