Kövər kəndində vətəndaşların müraciətləri dinlənildi
08 yanvar 2024 | 13:38
Kövər kəndində vətəndaşların müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən əhalinin problemlərinin yerində öyrənilməsi və həlli üçün müvafiq işlərin görülməsi məqsədilə rayonun kənd və qəsəbələrində səyyar qəbullar keçirilir.
Növbəti belə səyyar qəbul rayonun Kövər kəndində keçirilmişdir. Qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə müəssisələrin, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Qəbulda sakinlər kənddəki yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi, fərdi yaşayış evinə telefon xəttinin çəkilməsi və digər sosial məsələlərin həllində köməklik edilməsi barədə müraciətlər etdilər.
Şəhər rəhbəri tərəfindən qaldırılan məsələlərlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər onlara problemlərini səsləndirmələri üçün belə şəraitin yaradılmasına görə Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.