Şriftin ölçüsü :

Saytın rəngi :

Kövər kəndində barama qurdlarının bəslənilməsi vəziyyətinə baxış keçirilmişdir

22 may 2025 | 12:16
Kövər kəndində barama qurdlarının bəslənilməsi vəziyyətinə baxış keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov rayonun Kövər kəndində ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olmuşlar.
Görüş zamanı kümçü ilə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbət aparılmış, Respublikamızda ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyinin regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, eləcə də onların sosial rifahının yüksəldilməsinə xidmət etməsi və bu sahəyə olan marağın xeyli artdığı qeyd olunmuş, tövsiyələr verilmişdir.
Keçidlər