Kövər kənd sakinlərinin müraciətləri dinlənilmişdir
09 yanvar 2025 | 14:55
Kövər kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 2025-ci ildə ilk səyyar qəbulunu rayonun Kövər kənd sakinləri ilə keçirmişdir.
Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının,rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll olunmuş, həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.