Kövər kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri görülür
07 iyun 2025 | 11:03
Kövər kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri görülür
Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri-uşaq bağçaları tikilir və ya əsaslı şəkildə yenidən qurulur.
Yevlax rayonunun Kövər kənd körpələr evi-uşaq bağçasının binası istifadəyə yararsız vəziyyətə düşdüyündən əsaslı təmir olunmasına ehtiyac yaranmışdır. Hazırda binada əsaslı təmir işləri davam etdirilir. Qeyd edək ki, Kövər kənd körpələr evi-uşaq bağçasında 3 qrupda 55 uşaq tərbiyə alır.
Görülən işlər çərçivəsində binanın dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdiriləcək, yeni elektrik xəttləri çəkiləcək, istilik sistemi, söhbətgahlar, oyun qurğuları quraşdırılacaq, həyətdə abadlıq işləri aparılacaq, yaşıllıq salınacaqdır.