Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

24 oktyabr 2025 | 16:24

“Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Yevlax şəhərində fəaliyyət göstərən bir qrup qeyri-hökümət təşkilatlarının (QHT) iştirakı ilə tədbir keçirilmişdir.

            Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, Rayon Ağsaqqallar Şurasının üzvü Hümbət Əhmədov, Yevlax Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Mənsur Əliyev, Rayon ziyalılar cəmiyyətinin üzvü Nazim İbrahimov və təşkilat üzvləri iştirak etmişdirlər.

            Vidadi Murtuzayev  çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökümət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə ətraflı danışmışdır. Çıxışında qeyd etmişdir ki, Şəhər İcra Hakimiyyətində kollegial qərarların qəbulu prosedurlarında ictimai təşkilatların nümayəndələrinin iştirakı üçün şərait yaradılmalıdır. Bununla bağlı qeyri-hökümət təşkilatları ilə Şəhər  İcra Hakimiyyətinin sıx əməkdaşlığı qurulmalı və birgə fəaliyyət göstərilməlidir.

            Tədbirdə çıxış edən təşkilat rəhbərləri qeyd olunan məsələlərin aktuallığını və bu sahədə birgə fəaliyyət göstərmənin daha vacib olduğunu bildirmişlər.

             QHT sədrləri dövlətin tələb etdiyi qaydalara uyğun olaraq öz işlərini quracaqlarını və bu sahədə yaxından kömək göstərəcəklərini vəd etmişlər.

            Yekunda iştirakçılar arasında mövzu ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.

Keçidlər