Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və suverenlik ili” çərçivəsində Yevlax şəhərində müxtəlif növ dekorativ gül kolları və çiçəklər əkilmişdir

26 aprel 2025 | 11:10
“Konstitusiya və suverenlik ili” çərçivəsində Yevlax şəhərində müxtəlif növ dekorativ gül kolları və çiçəklər əkilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasına dair Sərəncamının icrası ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da bir sıra tədbirlər keçirilir.
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ekoloji inkişafı, ətraf mühitin mühafizəsi və yaşıl zonaların genişləndirilməsi, həmçinin şəhərin bəzədilməsi və daha da gözəlləşdirilməsi məqsədi ilə müxtəlif növ mövsümi dekorativ gül kolları və çiçəklər əkilib. Yeni əkilmiş və mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilir.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” ərzində yeni ağacların əkilməsi və yaşıllıqların salınması işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər