Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir Şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında keçirilmişdir

26 avqust 2025 | 13:36
“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir Şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən silsilə tədbirlər davam etdirilmişdir. Növbəti tədbir şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında keçirilmişdir. Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil Təhsil İdarəsinin Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyi, kollektivi və müəssisədə təlim tərbiyə alan körpələr iştirak etmişlər.
Tədbir çərçivəsində 1 nömrəli körpələr evi-uşaq bağçasının həyətində körpələr tərəfindən müxtəlif növ çiçək və gül kolları əkilmiş və suvarılmışdır.
Daha sonra tədbir körpələrin ifasında bədii hissə ilə davam etdirilmiş, 1 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında şerlər, mahnılar səsləndirilmiş, rəqs kompozisiyası nümayiş etdirilmişdir.
Keçidlər