Kolanı kəndində növbəti səyyar qəbul keçirildi
Kolanı kəndində növbəti səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu qrafikə uyğun olaraq Kövər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Kolanı kəndində keçirilib.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbulda çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işlər həyata keçirməkdir.
Görüşdə iştirak edən sakinlərinin müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər Rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində əməli işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülmüşdür.
Görüşdə iştirak edən sakinlər onlara yaradılan şəraitə, Ölkəmizin inkişafı üçün görülən işlərə, problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.