Şriftin ölçüsü :

Saytın rəngi :

Kolanı kənd sakinlərinin müraciətləri dinlənilmişdir

24 iyun 2024 | 17:55
Kolanı kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu qrafikə uyğun olaraq rayonun Kolanı kəndində keçirmişdir.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbulda çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirmişdir ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işlər həyata keçirməkdir.
Görüşdə iştirak edən sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində əməli işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.
Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülmüşdür.
Səyyar qəbulda iştirak edən sakinlər onlara yaradılan şəraitə, Ölkəmizin inkişafı üçün görülən işlərə, problemlərinə həssaslıqla yanaşılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər