Şriftin ölçüsü :

Saytın rəngi :

"Karvan" "Qəbələ" komandasını məğlub etdi

02 may 2025 | 23:13
"Karvan" "Qəbələ" komandasını məğlub etdi
 
Futbol üzrə Azərbaycan birinci liqasında 24-cü turun qapanış maçında Yevlaxın "Karvan" komandası doğma azarkeşlər önündə "Qəbələ" komandasını qəbul edib.
Qarşılaşma 2:0 hesabı ilə doğma komandamızın üstünlüyü ilə yekunlaşıb.
Görüşdə vurulan qollar ikinci hissəyə təsadüf edib.
Görüşün 54-cü dəqiqəsində Emil Qasımov fərqlənib.
Digər qolumuz isə görüşün 74-cü dəqiqəsinə təsadüf edib.
Ezekiel Morqan fərqlənib.
Görüş "Karvan" komandasının 2:0 hesabı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, növbəti mövsümdə "Karvan" Futbol Komandası Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.
Keçidlər