Şriftin ölçüsü :

Saytın rəngi :

“Karvan” futbol komandası növbəti qələbəsini qazanmışdır

16 oktyabr 2024 | 18:28
Futbol üzrə Azərbaycan Birinci Liqasında V turun növbəti oyunları keçirilmişdir. Turun mərkəzi qarşılaşmasında doğma Yevlaxımızı uğurla təmsil edən “Karvan” komandası Yevlax şəhər stadionunda “İmişli” futbol komandasını qəbul etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma komandamızın 3:2 hesablı qələbəsi ilə nəticələnmişdir. Qələbə nəticəsində komandamız hesabına növbəti 3 xalını yazdırmışdır. Oyunda komandamızın qollarını 1-ci dəqiqədə Bəhruz Teymurov, 80-ci dəqiqədə Maqsud Ələkbərov və 89-cu dəqiqədə Roman Hüseynov vurmuşlar.
Qələbə nəticəsində komandamız 15 xalla turnir cədvəlində liderliyə yüksəlmişdir.
Keçidlər