Şriftin ölçüsü :

Saytın rəngi :

İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Yevlaxda olub

21 iyun 2023 | 19:48
İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Yevlaxda olub
İsrail Dövlətinin Azərbaycandakı Missiya Rəhbərinin Müavini, Müvəqqəti İşlər Vəkili cənab Doron Peerin Yevlaxda olub.
Səfər zamanı Doron Peer Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevlə görüşüb. Görüş zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı rayonda həyata keçirilən layihələr, görülən işlərlə bağlı danışdı. Şəhər rəhbəri onu da qeyd etdi ki,Yevlaxda vaxtı ilə çoxlu sayda yəhudilər yaşayıb və hazırda da olsa yaşayır. Onlar dostluq və qardaşlıq şəraitində yaşayıb, milli adət-ənənələrini qoruyub saxlayıblar.
Həmçinin dövlət və özəl sektorda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulanıb.
Sonda Müvəqqəti işlər vəkilinə hədiyyə təqdim edilib.
Görüşdən sonra Doron Peer rayondakı "Yevlax Pilot Aqropark"la tanış olub, Yevlax Şəhərindəki Yəhudi qəbirstanlığına baş çəkib.
Keçidlər