Şriftin ölçüsü :

Saytın rəngi :

İşçi Qrupunun ilk iclası keçirildi

02 may 2026 | 09:19
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar”a uyğun olaraq yaradılmış İşçi Qrupunun ilk iclası keçirilmişdir.
İşçi Qrupunun iclasında Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov iştirak etmişdir.
İşçi Qrupunun əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, o cümlədən onlar tərəfindən yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl olunması, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.
Keçidlər