Şriftin ölçüsü :

Saytın rəngi :

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri Yevlax şəhərində olublar

26 noyabr 2022 | 12:42
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində "Technest" Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova və Layihənin komnukasiya üzrə rəhbəri Nərmin Seyidova Yevlax şəhərində olublar. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev İRİA nümayəndələrini qəbul edib. Görüşdə regionda informasiya texnologiyaları üzrə cari vəziyyət, bu sahədə potensial imkanlardan danışılıb. Region məktəblərində tədris alan şagirdlər arasında İKT sahəsi üzrə maarifləndirmə prosesinin aparılması, onların bu sahədə gələcək karyera planlarına dəstək olunması və istiqamətləndirilməsi üzrə potensial atıla biləcək addımlar müzakirə olunub.
Keçidlər