Şriftin ölçüsü :

Saytın rəngi :

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində Yevlaxda gənclərlə görüş keçirib

26 noyabr 2022 | 14:46
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində Yevlaxda gənclərlə görüş keçirib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinin nümayəndələri Technest” Təqaüd Proqramı çərçivəsində Yevlaxa gənclərlə görüşüblər.Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli də iştirak edib. Ümumilikdə 100-ə yaxın gəncin iştirak etdiyi görüşlərdə “İKT üzrə bilik və bacarıqların artırılması istiqamətində interaktiv təqdimatlar keçirilib, @technest.azerbaijan təqaüd proqramının fəaliyyəti və yaratdığı imkanlardan bəhs edilib,onlara bu sahə üzrə təhsil və karyera hədəflərinə uyğun təklif və tövsiyələr verilib, gələcəyin ən perspektivli və innovativ peşələrinin üstünlükləri gənclərə izah olunub və onların bu sahələrə cəlb olunması üçün ruhlandırıcı çıxışlar həyata keçirilib.
Görüşdə həmçinin şagird və tələbələr tərəfdaş tədris mərkəzi tərəfindən yerindəcə imtahan olunub. İmtahanda uğurlu nəticə əldə edən iştirakçılar "Technest" təqaüdünü qazanmaq şansına daha da yaxın olacaqlar.
Keçidlər