Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin Başçısı Yaldili kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir

13 noyabr 2025 | 15:12
İcra Hakimiyyətinin Başçısı Yaldili kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Yaldili kənd sakinləri ilə keçirmişdir.
Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının, rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
İcra Hakimiyyətinin Başçısı sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyyələr vermişdir.
Sakinləri onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər