İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilib
21 iyul 2026 | 15:30
İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirmişdir.
Qəbulun gedişində vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.






