İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilib
28 aprel 2026 | 15:50
İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirmişdir.
Qəbulun gedişində vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimi hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






