Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin Başçısı Şirvan Suvarma Kanalının rayon ərazisindən keçən hissəsində aparılan işlərlə tanış olub

18 avqust 2026 | 16:49
 
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 8 aprel 2024-cü il tarixli “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncamının icrası çərçivəsində ölkə əhəmiyyətli layihələrdən biri olan Şirvan Suvarma Kanalının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Kanalın rayonun Xanabad kəndindən keçən hissədə aparılan yenidənqurma işləri ilə növbəti dəfə yaxından tanış olub. Görüş zamanı İcra Başçısına görülən işlərin gedişi, mövcud vəziyyət və qarşıda duran məsələlər barədə məlumat verilib.Bildirilib ki, kanalın yenidən qurulması Yevlax rayonu üçün də mühüm əhəmiyyət daşıyır. Layihənin tam şəkildə həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılması, torpaqların məhsuldarlığının artırılması və fermerlərin suvarma suyu ilə bağlı qarşılaşdıqları çətinliklərin minimuma endirilməsi istiqamətində mühüm nəticələrin əldə olunması gözlənilir.
İcra Hakimiyyətinin Başçısı ərazidə görülən işlərin keyfiyyətlə və müəyyən olunmuş tələblərə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Şirvan Suvarma Kanalının yenidən qurulması ölkəmizdə su təsərrüfatının inkişafı və kənd təsərrüfatının dayanıqlı su təminatının formalaşdırılması baxımından mühüm layihələrdən biridir.
Keçidlər