Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin Başçısı Şəhid Özal Yusiflinin ailə üzvlərini ziyarət etdi

18 may 2024 | 12:55
İcra Hakimiyyətinin Başçısı Şəhid Özal Yusiflinin ailə üzvlərini ziyarət etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ənəvəvi Şəhid ailələrini ziyarəti çərçivəsində
44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Özal Yusiflinin ailə üzvləri ilə yaşadıqları rayonun Aşağı Qarxun kəndində görüşərək, ailənin qayğıları ilə maraqlanıb. Söhbət zamanı Şəhidimizin qəhrəmanlıqlarla dolu döyüş yoluna nəzər salınıb, Şəhidlərimizin həyat yolunun indiki və gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Ziyarət əsnasında iştirakçılar Şəhidin ailəsi üçün inşa edilən evdə gedən tikinti işləri ilə tanış oldular.
Şəhid Yusifli Özal İdris oğlu Vətən müharibəsində müddətdən artıq hərbi qulluqçu kimi iştirak edib, Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Şəhid Özal Yusifli evli idi,1 qız övladı var.
Şəhidin atası İdris Yusifov ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Keçidlər