İcra Hakimiyyətinin Başçısı rayonun Duzdağ qəsəbəsində səyyar qəbul keçirmişdir
24 aprel 2025 | 15:15
İcra Hakimiyyətinin Başçısı rayonun Duzdağ qəsəbəsində səyyar qəbul keçirmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Duzdağ qəsəbəsində keçirmişdir.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri,rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı sakinlərin təklif, müraciət və şikayətləri dinlənilərək,qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilmiş, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülmüşdür.