İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Yenicə kəndində keçirmişdir
11 sentyabr 2025 | 14:06
İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Yenicə kəndində keçirmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların problemlərinin yerində öyrənilərək operativ qaydada həll edilməsinin təmin olunması məqsədilə rayonun Yenicə kənd sakinləri ilə səyyar qəbul keçirmişdir. Səyyar vətəndaş qəbulunda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Şəhər rəhbəri səyyar qəbulun gedişində kənd sakinlərinin müxtəlif mövzularda təklif, müraciət və şikayətlərini dinləmiş, səsləndirilən müraciətlərin bir qismi yerində həll edilmiş, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli barədə isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar, tövsiyyələr verilmiş, vətəndaş məmnunluğu təmin edilmişdir.






