Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin Başçısı kümçülərlə görüşüb

04 iyun 2022 | 19:45

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” baramanın ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə hesablanıb. Dövlət Proqramında 2025-ci ilə qədər ölkə üzrə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Qeyd edilən Proqramın icrası Yevlax rayonunda da uğurla həyata keçirilir. Belə ki, cari mövsümdə rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədilə Qax Damazlıq Stansiyasının mütəxəssisləri tərəfindən kümçülərlə maarifləndirici görüşlər keçirilib,onlara bukletlər paylanılıb, baramanın istehsalı istiqamətində müvafiq məsləhətlər verilib, ipəkqurdunun əsas yem bazasını təşkil edən tut ağaclarının budanması həyata keçirilib. Görülən tədbirlər nəticəsində bu il yüksək kefiyyətli yaş barama yetişdirilməsi nəzərdə nəzərdə tutulur. Qısa müddətdə yüksək gəlir əldə etməyi planlaşdıran Yevlax kümçüləri 230 qutu ipəkqurdu toxumu götürüblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Hacıselli, Havarlı, Tanrıqulular kəndlərində barama yetişdirən kümçülərlə görüşüb, mövcud vəziyyət ilə yerində maraqlanıb.
Kümçülər aqrar sektorun digər sahələrində olduğu kimi baramaçılığın inkişafına lazımi şərait yaradıldığına görə Ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər