İcra Hakimiyyətinin Başçısı bir qrup Şəhid atası ilə görüşdü
İcra Hakimiyyətinin Başçısı bir qrup Şəhid atası ilə görüşdü
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında bir qrup Şəhid atası ilə görüşdü. Görüşdə Şəhər rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti,Müəzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin ailələrinin, sağlamlığını qurban verən qazilərin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi Ölkə Rəhbərliyinin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir.
İcra Başçısı görüş zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaətlərdən, Şanlı qələbədəki rollarından bəhs etdi. Belə qəhrəman, vətənpərvər övladlar böyütdükləri üçün Şəhidlərin ailə üzvlərinə təşəkkürünü bildirdi. Şəhər rəhbəri Yevlaxda da bu kateqoriyadan olan insanların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Əlavə etdi ki, nə qədər qədirbilən Xalqımız, nə qədər Azərbaycan Dövləti var Şəhidlər daim qəlblərdə yaşayacaq. Çünki bugünki, azadlığımız Şəhidlərimizin qanı bahasına əldə edilib.
Görüş zamanı İcra Başçısı şəhid atalarının problem və qayğılarını dinləyib. Şəhid ailələri tərəfindən qaldırılan bütün məsələlər nəzarətə götürüldü, bir sıra məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verildi.
Şəhid ataları çıxışlarında bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmiş, onlara daim qayğı ilə yanaşan Ölkə Başçısı,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.