İcra Hakimiyyətinin Başçısı Aşağı Bucaq kənd sakinlərinin müraciətlərini dinləmişdir
26 dekabr 2025 | 15:51
İcra Hakimiyyətinin Başçısı Aşağı Bucaq kənd sakinlərinin müraciətlərini dinləmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçsı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Aşağı Bucaq kəndində keçirib. Qəbulda kənd sakinləri ilə yanaşı ŞİHB Aparatının məsul əməkdaşları,rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak edib.
Şəhər İcra Hakimiyyəti Başçısının tapşırığı ilə qəbulda qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb. Bəzi məsələlər isə öz həllini yerindəcə tapıb.
Sonda kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-hörmətli Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.






