İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir
17 fevral 2026 | 15:02
İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirmişdir. Vətəndaş qəbulunda rayon sakinlərinin müxtəlif sahələri əhatə edən müraciətləri dinlənilmişdir. Səsləndirilən müraciətlərin Şəhər İcra Hakimiyyətinin səalhiyyətlərinə aid olan bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul zamanı qaldırılan bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələr verilmişdir.






