Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi

02 avqust 2022 | 16:06

İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasınnda növbəti vətəndaş qəbulu keçirdi.
Qəbul zamanı Şəhid ailələri, Qazilər və Vətən Müharibəsi iştirakçıları də daxil olmaqla 30 nəfərə yaxın rayon sakininin ünvanlı sosial yardımın təyin edilməsi, işlə təmin olunma, torpaqla təmin edilmə və digər məsələlərlə bağlı müraciətlərini dinləyən Şəhər Rəhbəri onların qaldırdıqları problemlərinin qanunamüvafiq və operativ qaydada həll edilməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verdi. Qəbulda bir sıra məsələlər yerində həll edildi, icrası üçün vaxt tələb edilən müraciətlər isə araşdırılması üçün icraata götürüldü.
Sakinlər müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.

Keçidlər