İcra Başçısı Şəhid atasını qəbul etdi
İcra Başçısı Şəhid atasını qəbul etdi
Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazanılan qələbə nəticəsində 30 ilə yaxın müddətdə düşmən tapdağında olan torpaqlarımız geri qaytarıldı. Dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Müharibədə Yevlaxdan olan igid vətən övladları iştirak etmişdir. Müharibədə vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalanlar da oldu, sağlamlığını itirib qazi olanlar da.
Vətən Müharibəsinin Yevlaxdan olan şəhidlərindən biri də Nemətabad kənd sakini Adıgözəlov Faiq Mehdi oğludur. Şəhid Faiq Müharibədə MAHHXHQ kimi iştirak etmiş, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Faiq Adıgözəlov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhid Faiq Adıgözəlovun atası Mehdi Adıgözəlovu yaranmış zərurətlə əlaqədar növbədənkənar qəbul edib.
Qəbul zamanı Şəhər rəhbəri bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımız Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq xüsusi diqqət və qayğı ilə əhatə olunurlar.
Şəhər rəhbəri Şəhidin atasını dinlədi,qaldırdığı problemin həlli istiqamətində köməklik göstərilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Şəhid atası Mehdi Adıgözəlov ona göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlığını bildirdi.