İcra Başçısı şəhid ailəsini ziyarət edib
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayonun Gülövşə kəndində şəhid Cəfərov Anar Müstəqim oğlunun ailəsini ziyarət edib.
Şəhər Rəhbəri görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətdə şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi yer tutduğunu vurğulamışdır.
İcra Hakimiyyətinin Başçısı Şəhidin valideyinləri Müstəqim Cəfərov və Eyzangül Cəfərova ilə söhbət zamanı ailənin problemlərini dinləmiş, onları narahat edən problemlərin qanunamüvafiq qaydada həll olunması ilə bağlı müvafiq tapşırıqlar vermiş, məsələlərin icrasını nəzarətə götürüləcəyini qeyd etmişdir.
Şəhid Anar Cəfərovun valideyinləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezidentimiz Hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrini hər zaman diqqətdə saxladıqlarına və qayğı göstərdiklərinə görə öz minnətdarlıqlarını bildiriblər.