Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid ailəsini evində ziyarət edib

05 mart 2023 | 12:01
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Yuxarı Qarxun kəndində Vətən müharibəsi Şəhidi Tağıyev Əkbər Məhəmməd oğlunun ailəsini evində ziyarət edib, şəhidimizin valideynləri ilə görüşüb, ailənin sosial qayğıları ilə maraqlanıb.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlilləri ilə bağlı həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirləri çərçivəsində ailənin mənzil şəraiti nəzərə alınaraq Şəhidin ailə üzvləri üçün yeni fərdi yaşayış evi inşa edilib. Tikinti işləri zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tikilərək, tam təmirli halda ailənin istifadəsinə verilib.
Görüş zamanı Şəhid ailəsinin müraciətləri əsasında, müəyyən sosial problemlərin operativ həll edilməsi ilə bağlı, Şəhər rəhbəri aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini verib.
Şəhidin ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya, fərdi yaşayış evi ilə təmin edilmələrinə görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər