İcra Başçısı sakinlərin müraciətlərini dinlədi
18 oktyabr 2022 | 14:20
İcra Başçısı sakinlərin müraciətlərini dinlədi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev keçirdiyi növbəti vətəndaş qəbulu zamanı 20 nəfərə yaxın rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verdi. Qəbulda bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə aidiyyəti qurumlarla birlikdə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Vətəndaşlar əsasən işlə təmin olunma, özünəməşğulluğun təmin edilməsi və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər ediblər.