Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sakinləri qəbul etdi

28 fevral 2023 | 14:26
Vətəndaşların həftəlik qəbulu cədvəlinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayon sakinlərini qəbul edib. Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda İcra Başçısı aparatının rəhbər heyətinə aid vəzifəli şəxslər də iştirak ediblər. Növbə ilə söz alan rayon sakinləri müxtəlif mövzularda məsələlər qaldırdılar.
Şəhər rəhbəri qəbulda vətəndaşların problemlərinin həlli ilə bağlı aidiyyəti üzrə müxtəlif göstəriş və tapşırıqlar verdi. Qaldırılan bəzi məsələlər isə nəzarətə götürüldü.
Keçidlər