İcra Başçısı Rüstəmli kəndində səyyar qəbul keçirdi
01 dekabr 2022 | 15:09
Yevlaxda Azərbaycan Respublikasının Prezidenti, Müəzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq, əhalini narahat edən problemlərin birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə səyyar qəbullar qrafikə uyğun olaraq keçirilir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu Rüstəmli kəndində keçirdi. Qəbulda rayonun idarə müəssisə, xidməti təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etdi. sakinlərinin müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.
Qəbuldan razı qalan sakinlər onlara yaradılan belə şəraitə görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.