Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar qəbul keçirdi

05 may 2022 | 13:45
 
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti səyyar qəbul keçirib.
Qəbulda Yevlax şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda həyata keçirilən abadlıq, yenidənqurma və quruculuq işlərindən danışıb. Şəhər rəhbəri bildirib ki, yerlərdə keçirilən bu cür səyyar qəbullar əhalinin qayğı və problemlərinin yerində öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
Rayonun Tanrıqulular kəndində keçirilən səyyar qəbulda sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Səyyar görüşdən məmnun qalan sakinlər rayonda eləcə də yaşadıqları Tanrıqulular kəndində həyata keçirilən abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə ediblər, müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə Ölkə Prezidenti, Müəzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər