İcra başçısı növbəti şəhid ailəsini evində ziyarət etdi
12 iyun 2023 | 15:36
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Rüstəmov Emin Səid oğlunun ailəsini yaşadığı ünvanda ziyarət edib, şəhidin ailə üzvləri ilə görüşüb, ailənin sosial qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvlərinin səsləndirdikləri müəyyən məsələlərin operativ həll edilməsi ilə bağlı, Şəhər rəhbəri aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini verdi.
Şəhid Emin Rüstəmov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" , "Cəsur ndöyüşçü" medalları ilə təltif edilib.