Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Naftalanda müalicə alan yevlaxlı qaziləri ziyarət etdi

31 avqust 2022 | 19:22

İcra Başçısı Naftalanda müalicə alan yevlaxlı qaziləri ziyarət etdi

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev  Yevlax ŞİH və Naftalan ŞİH-nin təşəbbüsü ilə bir müddət öncə  Naftalan şəhərindəki “Gold Naftalan” istirahət mərkəzinə müalicə və istirahətə göndərilən yevlaxlı qaziləri  ziyarət edib, onlara yaradılan şəraitlə tanış oldu. 

Görüşdə çıxış edən Şəhər rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, şəhidlik zirvəsinə ucalan hər bir şəhid ailəsi, qazilərimiz Ölkə Rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar. Bu diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir. Həmçinin qazilərin müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.

Çıxış edən Qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Görüşdən sonra xatirə şəkili çəkilib .

Keçidlər