İcra Başçısı Birinci Qarabağ müharibəsi Şəhidinin ailə üzvlərini qəbul etdi
İcra Başçısı Birinci Qarabağ müharibəsi Şəhidinin ailə üzvlərini qəbul etdi
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına qayğı göstərir, problemləri dinlənilərək həlli istiqamətində tədbirlər həyata keçirilir.
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı bu ailələrə böyük sevinc bəxş edir.
Yevlaxda da ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin ailələrinə qayğı göstərmək, onların problemləri ilə maraqlanmaq daim diqqət mərkəzində saxlanılır.
Şəhər İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyətinin Başçısı aparatının məsul işçiləri bu kateqoiyadan olan vətəndaşları mütəmadi olaraq ziyarət edir, həmçinin onları qəbul edərək dinləyirlər.
Belə görüşlərin birində Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Yevlax Şəhər sakini, Mustafayev Elsevər Arif oğlunun anası Xədicə Mustafayevanı, qardaşı Elnur Mustafayevi qəbul edib, onların problemlərini dinləyib və həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün göstərişlər verib.
Şəhidin ailə üzvləri qəbuldan razılıqlarını bildirərək, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.