Hörmətli Tibb işçiləri,
17 iyun 2025 | 12:43
Hörmətli Tibb işçiləri,
İnsanların sağlamlığını qorumaq, onları yaşatmaq müqəddəs və şərəfli bir işdir. Bu gün öz həyatını, taleyini çətin, məsuliyyətli peşə ilə bağlayanların, insanlara həyat və sağlamlıq bəxş edən əziz Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Sizlərin hər birinizi 17 İyun–Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səmimi qəlbdən təbrik edir, vətəndaşlarımızın sağlamlığının qorunması kimi məsuliyyətli vəzifənizin icrasında uğurlar arzulayırıq.
Yevlax Şəhər
İcra Hakimiyyətinin kollektivi






