“Heydər Əliyev ili” çərçivəsində Yevlaxda növbəti tədbir keçirilmişdir
25 avqust 2023 | 15:57
“Heydər Əliyev ili” çərçivəsində Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında “Biz təbiəti sevirik” adlı tədbir keçirilmişdir. Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli, körpələr evi-uşaq bağçasının kollektivi və körpələr iştirak etmişlər.
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirdi ki, illər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən qayğı bütün bölgələrimizdə hiss olunur. Bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan proqramların icrası təhsilin inkişafına böyük töhfə verir. Belə tədbirlərin gələcəyimiz olan uşaqların maarifləndirilməsi baxımından önəminə diqqət çəkdi.
Körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli çıxışında məktəbəqədər müəssisəsində keçirilən ətraf aləmlə tanışlıq məşğələlərində uşaqlarda təbiətə sevgi hissinin aşılanmasının önəmini vurğulamış, təbiətə sevgi, qayğı ilə yanaşan yeni nəslin inkişafının məhz məktəbəqədər müəssisədən başlandığını bildirmişdir.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Uşaqlar təbiətə həsr olunmuş haqqında şerlər söyləyib, mahnılar oxuyub, rəqs kompozisiyası nümayiş etdiriblər. Uşaqlar tərəfindən həmçinin uşaq bağçasının həyətində çiçəklər əkildi və suvarıldı.